Sinif yoldaşını yandıran şagird həbs edildi
Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib.
Modern.az xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb. (“Qafqazinfo” )
Mənbə: Modern.az
