Dünyada ən böyük qaz ehtiyatına malik ölkələr – SİYAHI
Dünyada sübut olunmuş ən böyük təbii qaz ehtiyatına malik ölkələrin siyahısı açıqlanıb.
Modern.az ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən xəbər verir ki, Rusiya 47,7 trilyon kubmetr qaz ehtiyatı ilə birinci yerdə qərarlaşıb. İran 33,9 trilyon kubmetr ilə ikinci, Qətər isə 23,8 trilyon kubmetr ilə üçüncü pillədə yer alıb.
Siyahıda ABŞ 17,4 trilyon kubmetr ilə dördüncü, Türkmənistan isə 11,3 trilyon kubmetr göstərici ilə beşinci sıradadır.
Daha sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (9,5 trilyon kubmetr), Birləşmiş Ərəb Əmirlikləri (8,2 trilyon kubmetr), Çin (7,5 trilyon kubmetr), Nigeriya (5,9 trilyon kubmetr) və Venesuela (5,5 trilyon kubmetr) qərarlaşıb.
Mənbə: Modern.az
