Köməksiz vəziyyətdə olan şəxs xilas edildi
Mingəçevirdə FHN əməkdaşları köməksiz vəziyyətdə olan şəxsi xilas edib.
Modern.az-ın məlumatına görə, hadisə Bağlar yaşayış massivində yerləşən fərdi təsərrüfatda qeydə alınıb. Belə ki, FHN xilasediciləri yaşadığı evdə köməksiz vəziyyətdə qalan 1965-ci il təvəllüddü Sadıqov Müslüm Qurban oğlunu xilas edərək xəstəxanaya çatdırılmasını təmin edib.
Qeyd edək ki, köməksiz vəziyyətdə qalan şəxs həm də yerimək imkanından məhrum şəxsdir.
Mənbə: Modern.az
