Həmin tələbələr praktik bacarıqlara da yiyələnəcəklər – Nazir

AZCON Mühəndislik və Texnologiya Məktəbini digər ali təhsil müəssisələrindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, tələbələr burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara da yiyələnəcəklər. AZCON isə bu prosesdə yalnız sponsor qismində çıxış etməyəcək, eyni zamanda, kurikulumun formalaşdırılmasında birbaşa iştirak edən təsisat olacaq.

Modern.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, aparılan uzunmüddətli müşahidə və araşdırmalardan sonra belə qənaətə gəlinib ki, bu istiqamətdə Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq etmək qarşıya qoyulan məqsədlərə daha qısa müddətdə nail olmaq baxımından ən doğru addımdır: “Münxen Texniki Universitetinin nümayəndələri həm AZCON-a, həm də Azərbaycan Texniki Universitetinə inanaraq belə bir əməkdaşlığa qoşuldular. Əminəm ki, bir neçə ildən sonra bu universitetin tələbələri yalnız iş axtaran deyil, eyni zamanda, iş yaradan gənclər olacaqlar. Başqa sözlə, onlar ölkədə startap ekosisteminin formalaşmasına birbaşa təkan verəcəklər”.


Mənbə: Modern.az

Bir cavab yazın