Şoyqunun açıqlamasına İrəvandan cavab gəldi
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun açıqlamalarına cavab verib.
Modern.az xəbər verir ki, Mirzoyan Ermənistanın Rusiya ilə tərəfdaş münasibətlərini davam etdirmək niyyətində olduğunu bildirib.
“Biz Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa meylli deyilik. Əksinə, tərəfdaşlığımızın normal şəkildə davam etməsinin tərəfdarıyıq. Elə dövrlər və hadisələr olub ki, tərəfdaşlarımızdan başqa addımlar, ən azı müqavilələrdə nəzərdə tutulan davranışları gözləmişik, amma bunu görməmişik. Hər şey çox nisbidir”, – deyə Ermənistan XİN başçısı vurğulayıb.
Qeyd edək ki, ötən gün Sergey Şoyqu Ermənistan hakimiyyətinin fəaliyyət üslubunun Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmadığını bildirmişdi.
Mənbə: Modern.az
