Sərhədi pozan əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları – 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 


Mənbə: Modern.az

Bir cavab yazın