Müəllimlər üçün vakansiya – Akademiyada iş imkanı

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumta görə, müsabiqə aşağıdakı vəzifələri əhatə edir:

 


Kafedranın adı

Vəzifənin adı

(ştat vahidi ilə)

1

Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası

baş müəllim – 0,5 ştat

2

Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası

baş müəllim – 0,5 ştat

3

Ədliyyə sahəsində idarəetmə kafedrası

baş müəllim0,5 ştat

4

Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrası

müəllim – 1 ştat

5

Mülki hüquq və mülki proses kafedrası

professor – 1 ştat

Namizədlər müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri rektorun adına yazılmış ərizə ilə birlikdə iyunun 10-dan iyulun 10-dək iş günləri və iş vaxtı ərzində Ədliyyə Akademiyasına (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158) təqdim edə bilərlər.

Namizədlər ətraflı məlumat almaq üçün (994 12) 493 71 31 nömrəli telefonla əlaqə saxlaya bilərlər.


Mənbə: Modern.az

Bir cavab yazın