Təhsil Bu gün, 13:21 Dünya təhsil reytinqi: Azərbaycanın 17 universiteti siyahıya düşdü 

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Round University Ranking” (RUR) dünya universitetlərinin növbəti reytinq siyahısını yayımlayıb.

Modern.az-ın məlumatına görə, Bakı Dövlət Universiteti (BDU) sözügedən siyahıda 189 pillə irəliləyib. Qlobal reytinqdə 636-cı yerdə qərarlaşan BDU ölkə universitetləri arasında liderlik mövqeyini qoruyub.

Ümumilikdə builki siyahıya Azərbaycandan 17 ali təhsil müəssisəsi daxil olub. Ölkə universitetlərinin sıralaması aşağıdakı kimidir:

Bakı Dövlət Universiteti (BDU) — 636

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) — 795

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) — 898

Azərbaycan Universiteti (AU) — 944

Azərbaycan Dillər Universiteti (ADU) — 964

Qərbi Kaspi Universiteti — 968

Bakı Ali Neft Məktəbi (BANM) — 1049

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) — 1095

Naxçıvan Dövlət Universiteti (NDU) — 1135

Azərbaycan Texniki Universiteti (AzTU) — 1183

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) — 1189

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) — 1202

Bakı Mühəndislik Universiteti (BMU) — 1221

Gəncə Dövlət Universiteti (GDU) — 1249

Sumqayıt Dövlət Universiteti (SDU) — 1252

Azərbaycan Texnologiya Universiteti (ATU) — 1257

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) — 1295

Qlobal reytinq cədvəlinin ilk beşliyində isə ABŞ-nin aparıcı təhsil ocaqları qərarlaşıb. Sıra ilə birinci yer Harvard Universiteti, daha sonra Kaliforniya Texnologiya İnstitutu (Caltech), Stanford Universiteti, Cons Hopkins Universiteti və Pensilvaniya Universiteti gəlir.

Töhfə Səməd


Mənbə: Modern.az

Bir cavab yazın