Texnologiya müəllimləri sertifikasiyada lider oldular – RƏSMİ 

Builki imtahanlara yeni cəlb olunmuş fənlər üzrə müəllimlərin builki imtahanlara yeni cəlb olunmuş fənlər üzrə ümumilikdə 16 938 müəllim sertifikatlaşdırma imtahanında iştirak edib. 

Modern.az xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib. 

Nazir bildirib ki, Tarix fənni üzrə imtahanda iştirak edən 5 571 müəllimdən 4 194-ü uğur qazandığı halda, 1 377 nəfər uğursuz nəticə göstərib. Bu fənn üzrə orta bal 39 olub. Fiziki tərbiyə fənni ən çox iştirakçısı olan fənlərdən biri kimi, 5 419 müəllimdən 4 516-sı uğur qazanıb, 903 nəfər isə keçid balını toplaya bilməyib. Orta bal 41 olaraq qeydə alınıb. Texnologiya fənni üzrə prossesə cəlb olunan 2 948 müəllimdən 2 555-i imtahandan uğurla keçib, 393 nəfər isə uğursuz nəticə ilə üzləşib. Texnologiya müəllimləri 45 orta bal ilə yeni fənlər arasında ən yüksək nəticəni göstəriblər. Təsviri incəsənət fənni üzrə imtahan verən 1 689 müəllimdən 1 405-i uğur qazanıb, 284 nəfər üçün isə nəticə uğursuz olub. Fənn üzrə orta bal 43 təşkil edib. Bundan başqa 1 311 musiqi müəllimindən 1 041-i imtahanı uğurla tamamlayıb, 270 nəfər isə müvafiq balı toplaya bilməyib. Bu istiqamətdə orta bal 40-a bərabər olub”. 

Nazir qeyd edib ki, sertifikatlaşdırma prosesinə yeni daxil edilən fənlər üzrə müəllimlərin böyük əksəriyyəti imtahanın tələblərinə cavab verərək uğurlu nəticə əldə etməyi bacarıb.


Mənbə: Modern.az

Bir cavab yazın