Nazir yüksək çinli hərbçiləri təltif etdi – SİYAHI

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, general-mayor Elmir İbrahimov “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.


Mənbə: Modern.az

Bir cavab yazın