Tramp Türkiyəyə gəldi
Ankarada keçirilən NATO Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə yollanan ABŞ Prezidenti Donald Trampı və onun nümayəndə heyətini daşıyan “Air Force One” təyyəsi Ankaraya eniş edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Türkiyənin dövlət televiziya kanalı TRT -də nümayiş olunan görüntülərə görə, Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı Ankara hava limanında şəxsən qarşılayıb.
Qeyd edək ki, Prezident Ərdoğan bu gün yerli vaxtla saat 15:00-da Trampla görüşəcək.
Ankara NATO tarixinin ən vacib zirvə görüşlərindən birinə ev sahibliyi edir.
7-8 iyul tarixlərində Türkiyənin ev sahibliyi ilə keçiriləcək Ankara Zirvəsində 32 üzv ölkə ilə yanaşı, Asiya-Sakit okean regionundakı bəzi NATO tərəfdaşlarının liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla müxtəlif dəvətlilərin iştirakı nəzərdə tutulub.
NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsinin ilk günündə liderlər indiyədək keçirilmiş ən geniş NATO Müdafiə Sənayesi Forumunda bir araya gələcəklər. İkinci gün isə iclaslarda zirvənin əsas gündəm məsələləri müzakirə olunacaq.
Ukraynaya dəstəyin gələcəyinin də müzakirə olunacağı zirvədə müttəfiqlərin müdafiə xərclərini və müdafiə sənayesi istehsal güclərini artırmaq barədə öhdəliklər götürmələri gözlənilir.
NATO Ankara Zirvəsi beynəlxalq mətbuatın ən geniş şəkildə iştirak edəcəyi NATO zirvəsi olacaq.
Mənbə: Modern.az
