Xüsusi Təyinatlıların komandanı təltif edildi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir qrup hərbi qulluqçunu təltif edib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə Fəxri Fərman, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı ilə təltif olunublar.


Mənbə: Modern.az

Bir cavab yazın