Paşinyan məzuniyyətə çıxır
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-dək məzuniyyətdə olacaq.
Modern.az Ermənistan hökumətinin rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Paşinyan 20 günlük məzuniyyət müddətində iş fəaliyyətini müvəqqəti dayandıracaq.
Baş nazirin məzuniyyəti iyulun 10-da başlayacaq və iyulun 29-u da daxil olmaqla davam edəcək.
Mənbə: Modern.az
