Monday, July 14, 2025
Google search engine
HomeElm AdamlarıAXUNDOV Ağa Əbdulxalıq oğlu

AXUNDOV Ağa Əbdulxalıq oğlu

Ağa_Axundov(21.3.1882, Şamaxı – 26.10.1949, Bakı) – Azərbaycan energetiki. Azərbaycan dilində texniki təhsilin təşkilatçılarından biri. Belçikada Lyej universitetini bitirmişdir (1908), prof. (1933). Bakının bir sıra elektrik stansiyaları, işıqlandırma və güc qurğularının layihəsini hazırlamışdır. N. Nərimanov ad. Bakı Sənaye Texnikumunun direktoru olmuşdur (1922-29). 1928-34 illərdə Bakı Sənaye Akademiyasının elmi hissə üzrə direktor müavini və kafedra müdiri, 1934-38 illərdə Azərbaycan Sənaye İnstitutunda energetika fakültəsinin dekanı, eyni zamanda Zaqafqaziya Dəmiryol Mühəndisləri İnstitutunun professoru olmuşdur. Azərbaycan dilində ilk dəfə xüsusi texniki və elektrotexniki terminlər lüğətini tərtib etmişdir.
Əd.: ASE, I cild, Bakı, 1976, s.495,
Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı, 2009, s.216

Mənbə

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments