Bakıda taksilər üçün minib-düşmə yerləri yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb.

Modern.az AYNA-ya istinadən xəbər verir ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir