Doktorant və tələbələrə verilən təqaüdlər artırılıb – SƏRƏNCAM

0

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılıb.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

doktorantura səviyyəsi üzrə:

– elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

– fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

ali təhsil müəssisələrində:

magistratura səviyyəsi üzrə:

– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;

– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;

– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 manat;

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat;

– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;

– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;

orta ixtisas təhsili müəssisələrində:

– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat;

– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat;

– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat;

peşə təhsili müəssisələrində:

– akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat;

– akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat;

– akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat.

Mənbə: Report.Az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More