HƏMAS razılaşma istəmir – TRAMP

HƏMAS İsraillə atəşkəs və girovların azad edilməsi barədə razılaşma əldə etmək istəmir.

 

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

 

“Düşünürəm ki, onlar ölmək istəyirlər və bu, çox pisdir”, – deyə o əlavə edib. Donald Tramp bildirib ki, çox az sayda girov qaldığından HƏMAS-ın əlində heç bir təsir vasitəsi yoxdur.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir