Təhsil 1 Avqust 2025, 14:03 Ali Məhkəmədən qalmaqallı məktəb direktoru barədə QƏRAR

0

Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın iddiasını təmin etməyib.

Modern.az xəbər verir ki, MÜTDA-dan xəbər verilib.

Qeyd edək ki, ötən il Samux rayonunun İnstitut qəsəbəsindəki məktəbdə bu il keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.

MÜTDA-nın “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.

Məktəb direktoru qərarla razılaşmamış və məhkəməyə üz tutmuşdu.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More