Alim Bermud üçbucağının sirrini açıqlayıb

Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itmiş gəmi və təyyarələrin payı dünya okeanının digər əraziləri üzrə orta göstəricidən fərqlənmir.

Alim Bermud üçbucağında mütəmadi olaraq təyyarə qəzaları və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu gəmiçilik və aviasiya üçün də çətin hesab edilən bu ərazidə nəqliyyatın intensivliyinin yüksək olması ilə bağlıdır.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir