Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib

0

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Mənbə: Report.Az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More