Hot Topics

Fərid Osmanov: “Gəncə və Naxçıvanda innovasiya mərkəzləri açılacaq”

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Aliquam non leo id magna vulputate dapibus. Curabitur a porta metus. In viverra ipsum nec vehicula pharetra. Proin egestas nulla velit, id faucibus mi ultrices et.

Yaxın gələcəkdə Gəncə və Naxçıvanda innovasiya mərkəzlərinin açılması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən “İnnostart” layihəsinin yekun tədbirində bildirib.

Onun sözlərinə görə, regional innovatorlar artıq bu mərkəzlərdə öz ideyalarını və layihələrini ekspertlər, investorlar və digər ekosistem oyunçuları ilə müzakirə edə biləcək, inkişaf üçün doğru istiqamət alacaqlar: “Ötən il paytaxt Bakıdan sonra Sumqayıtda da innovasiya mərkəzi açılıb. Ümumi sahəsi 750 kv.m. olan mərkəzdə ofis otaqları, toplantı və təqdimat məkanları, prototipləşdirmə laboratoriyası, iclas otaqları və tədbir zalları ilə təmin edilib. Hazırda Mərkəzdə startaplar üçün inkubasiya proqramları həyata keçirilir, gənclərin ideya və layihələrinə dəstək göstərilir, habelə innovasiya və şəxsi inkişaf istiqamətində müxtəlif təlim və seminarlar, hakatonlar, ideyatonlar və digər tədbirlər təşkil olunur. Mərkəz eyni zamanda təhsil müəssisələri, texnoloji şirkətlər və digər ekosistem oyunçuları ilə əməkdaşlıq edir”.

O bildirib ki, İRİA olaraq ekosistem quruculuğuna olan yanaşmalarının mərkəzində startaplar durur: “Qlobal təcrübə də sübut edir ki, məhz onlar innovasiyanın aparıcı gücüdür. Startaplar dünya üzrə vençur kapitalının böyük qismini özünə cəlb edə bilir. Misal üçün, təkcə 2024-cü ildə Amerika Birləşmiş Ştatlarında vençur investisiyalarının ümumi həcmi 209 milyard ABŞ dolları təşkil edib və bu məbləğdən 190 milyard dolları məhz startaplara yatırılıb”.

Mənbə: Report.Az

Tags :

Bir cavab yazın

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.