MİQ-də vakant yerlərlə bağlı mühüm AÇIQLAMA

0

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsi avqustun 22-dən həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Məqsəd müəllimlərə daha yüksək məvacibin verilməsini təmin etməkdir.

“Birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır. Bu vakant yerlər müxtəlif regionları əhatə edir”.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More