Məmməd İsmayılla vida mərasimində saz havaları – GÖRÜNTÜLƏR

0

Tanınmış şair Məmməd İsmayılla doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində vida mərasimi keçirilib.

Modern.az xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mırhumun qızı çıxış edib, saz havaları ifa olunub, şairin şeirləri səsləndirilib.

Mərhumun vəsiyyətinə əsasən, o, doğma kəndində – anasının məzarı yanında torpağa tapşırılıb.

Məmməd İsmayıl dünən – avqustun 19-da uzunsürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!
 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More