Azərbaycanda tələbə adını qazanan ən yaşlı şəxsin adı məlum olub
Bu il Azərbaycanda ən yaşlı tələbə 55 yaşlı Vəfa Cəfərova olub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd olunub ki, tələbə subbakalavr (kollec məzunu) kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.
Mənbə: Report.Az