Ermənistan Pakistanla kommünike imzaladı

0

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Pakistan İslam Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İmzalanma mərasimi Çinin Tianjin şəhərində keçirilən ŞƏT Zirvə Toplantısı çərçivəsində baş tutub.

Kommunikeni imzalamaqla Ermənistan və Pakistan diplomatik əlaqələr qurur. İki ölkənin hökumətləri suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüz etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsipləri daxil olmaqla, BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə çalışırlar.

Ermənistan və Pakistan hökumətləri 1961-ci il Diplomatik Münasibətlər Konvensiyasına uyğun olaraq Nümayəndələrin mübadiləsi və bir-birlərinə lazımi yardımın göstərilməsi barədə razılığa gəliblər. Vyana Konvensiyasına və ənənəvi beynəlxalq təcrübəyə uyğun olaraq qarşılıqlılıq əsasında diplomatik münasibətlər qurmaq məqsədi ilə.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More