Hot Topics

Səmərəli fəaliyyətimiz ölkələrimizin maraqlarına xidmət edir – PREZİDENT

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Aliquam non leo id magna vulputate dapibus. Curabitur a porta metus. In viverra ipsum nec vehicula pharetra. Proin egestas nulla velit, id faucibus mi ultrices et.

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş münasibətlərimiz, səmərəli birgə fəaliyyətimiz ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir. Mart ayında Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinə yeni təkan verdi.

Bu gün dövlətlərarası əməkdaşlığımızın bir sıra sahələrdə daha da dərinləşməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoqumuz bunun üçün yaxşı zəmin yaradır.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


Mənbə: Modern.az

Tags :

Bir cavab yazın

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.