Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirildi

0

Hesablama Palatası vahid xəzinə hesabının sərbəst qalığından istifadə ilə bağlı Maliyyə Nazirliyinə irad bildirib.

Modern.az-ın məlumatına görə, bu barədə Palatanın 2025-ci ilin ilk yarısı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövründə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına 1 mlrd. 395,4 mln. manat vəsait yönəldilib. Halbuki, “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait ayrılması nəzərdə tutulmur.

Palata vurğulayıb ki, bu addım qanunvericilikdə təsbit edilmədiyi halda həyata keçirilib və gələcəkdə büdcə intizamının təmin olunması üçün belə halların aradan qaldırılması vacibdir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More