Hot Topics

Yol polisindən sürücülərə çağırış – Bu qaydalara ciddi əməl olunmalıdır

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Aliquam non leo id magna vulputate dapibus. Curabitur a porta metus. In viverra ipsum nec vehicula pharetra. Proin egestas nulla velit, id faucibus mi ultrices et.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dayanma-durma qaydalarının pozulması ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən Modern.az-a verilən xəbərə görə, xəbərdarlıqda qeyd olunub ki, dayanma-durma qaydalarının pozulması nəqliyyat sıxlığının əsas səbəblərindən biridir:

“Paytaxtımızda və respublikamızın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir.

Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır.

Unutmayaq ki, səhlənkar davranış yüzlərlə insanın hərəkətində gecikməyə səbəb olur.

Baş Dövlət Yol Polisi bir daha bütün sürücülərə müraciət edir: parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir”.


Mənbə: Modern.az

Tags :

Bir cavab yazın

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.