Azad edilmiş ərazilərdə 6 bağça fəaliyyətə başlayıb

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq tədrisə cəlb olunub.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

“Həmin ərazilərdə daha 6 məktəbəqədər təhsil müəssisəsinin istifadəyə verilməsini planlaşdırırıq”, – nazir qeyd edib.


Mənbə: Modern.az

Bir cavab yazın