ADY-nin törəmə şirkətində yeni təyinat

0

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Əmlak” MMC-nin direktoru Elçin Niyazov vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, şirkətə rəhbərlik Əkbər Mədətliyə həvalə olunub. 

 

O, yaxın aylara qədər “ADY Ekspress” MMC-nin, ondan əvvəl isə “ADY Konteyner”in direktoru olub. E. Niyazov isə azad edildiyi vəzifəyə 2 il bundan əvvəl təyin olunub, bundan əvvəl isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lərin direktoru işləyib. 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More