Hot Topics

Nəticələri 2029-cu ildən görməyə başlayacağıq – Emin Əmrullayev

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasıının qəbul olunduğu 2013-cü ildən əsaslı islahatlara başladıq. Biz anlayırıq ki, mükəmməl təhsil sisteminə getmək istəyiriksə, uşaqlar məktəbəqədər təhsilə getməlidir. Çünki təhsilin əsası buradan başlayır. 

Modern.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev qeyd edib. 

“Ümumiyyətlə məktəbə getməyən biri ilə məktəbəqədər təhsilə yönlənən uşaqlar arasında çox fərq var. Hər il 30-40 min daha çox uşağı məktəbəqədər təhsilə yönləndirməyi bacarmışıq. Biz bunun nəticələrini 2029-cu ildən görməyə başlayacağıq”. – deyə nazir bildirib.


Mənbə: Modern.az

Bir cavab yazın

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.