Hot Topics

Bakıda balıq yarmarkası fəaliyyətə başladı – FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin iştirakı ilə paytaxtda balıq yarmarkası fəaliyyətə başlayıb.

Modern.az xəbər verir ki, yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunub. Açılış mərasimində Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, rəsmi şəxslər, media nümayəndələri, fermerlər, sahibkarlar iştirak ediblər.

3 gün davam edəcək yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.

Burada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərə təklif olunur.


Mənbə: Modern.az

Bir cavab yazın

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.