Bakıda motosiklet qaçırdılar

0

Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2000 manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən üç nəfər- 28 yaşlı R.Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M.Cəfərov saxlanılıblar.

Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartından 2200 manat pul oğurlamaqda şübhəli bilinən 26 yaşlı N.Allahverdiyev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar davam etdirilir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More