Əli Əsədov Belarusa getdi

0

Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gedib.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

“Minsk” Milli Hava Limanında Əli Əsədovu Belarusun Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More