Narkotik satan şəxs həbs edildi

0

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki,  ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More