Rusiya hərbi bazasını Ermənistandan çıxarmayacaq – Səfir

0

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxarılması gündəmdə deyil.

Modern.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərə bildirib.

O deyib ki, Rusiyanın hərbi mövcudluğu “Ermənistanın təhlükəsizlik sisteminin əsas elementi və regional sabitliyin mühüm amili” olaraq qalır və rus qoşunları “regionda heç kimə təhlükə törətmir”.

Diplomat xatırladıb ki, Ermənistan tərəfi də bütün səviyyələrdə Gümrüdə yerləşən bazanın çıxarılması planının olmadığını təsdiqləyib.

Oxşar bəyanatları daha əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan veriblər və bu məsələnin müzakirə olunmadığını qeyd ediblər.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More