Yüzlərlə müəllim təltif edildi – Emin Əmrullayevdən ƏMR

0

Azərbaycanda yüzlərlə müəllim təltif edilib.

Modern.az-ın məlumatına görə, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

Əmrə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə 134 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 301 nəfər isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı” ilə təltif olunub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More