Bakıda avtomobil qaçırıldı

0

Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus “MG” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. 

Modern.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən V.Cəbiyev müəyyən olunaraq saxlanılıb. Avtomobil sahibinə təhvil verilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More