Kamran Əliyevdən yeni TƏYİNAT

0

Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.

Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Verdiyev Amid Asif oğlu Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, A.Verdiyev uzun illərdir prokurorluq orqanlarında işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 28-də imzaladığı sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More