Teleaparıcı icra başçısı olan ərindən ayrılıb?

0

Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovla aparıcı Alidə Mustafayevanın boşanması haqda məlumatlar yayılıb. 

Modern.az xəbər verir ki, aparıcı iddialarla əlaqədar açıqlama yayıb. 

O, yayılan informasiyaları təkzib edib: “Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır.”

Qeyd edək ki, yayılan xəbərlərdə cütlüyün 6 aydır ayrı yaşadığı bildirilirdi. 

Xatırladaq ki, icra başçısı ilə aparıcı 2024-cü ilin fevral ayında ailə həyatı qurub. 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More