Evdən qadın meyiti tapıldı

0

Şəmkirdə evdən qadın meyiti tapılıb.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Z.Hacıyevanın meyiti yaşadığı evdən aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Qadının ölümünün hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More