Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

0

Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov etimadnaməsini bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

 

Modern.az xəbər verir ki, səfir bu barədə “X”dəki hesabında yazıb.

 

“Bu gün etimadnaməmi İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşidə təqdim etməkdən şərəf duydum. Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olundu”, – səfir yazıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More