Yeni binalarda qaraj problemi PİK HƏDDƏ

Mənzil sayı çox, qaraj sayı az…

Modern.az xəbər verir ki, paytaxtın mənzil bazarında kvadratmetrlər artdıqca, avtomobillərin dayanacaq problemi daha da kəskinləşir. Yeni inşa olunan çoxmənzilli binalarda mənzil sayı ilə yeraltı dayanacaq yerləri arasındakı tərs mütənasiblik binların ətrafında avtomobil xaosu yaradır.

Ekspertlər bildirir ki, tikinti şirkətləri çox vaxt mənfəəti parkinq rahatlığından üstün tuturlar.

Elnur Fərzəliyev deyir ki, bəzi ərazilərdə bir avtomobil yerinin qiyməti ölkənin bölgələrində orta statistik mənzil qiymətinə bərabərdir. Bu isə o deməkdir ki, sakinlər ya illik gəlirlərini bir neçə kvadratmetrlik beton sahəsinə verməli, ya da hər axşam maşın saxlamaq üçün yer axtarışına çıxmalıdırlar. Qiymətin əlçatmazlığı isə yeraltı qarajların boş qalmasına, küçələrin isə iflic olmasına gətirib çıxarır.

Ekspert bildirib ki, binalarda dayanacaq sayı qaraj sayından az olduqca, binaların ətrafındakı yollar və piyada səkiləri məcburi qaraj funksiyasını yerinə yetirir. Əgər yaxın gələcəkdə tikinti normalarında parkinq yerlərinin sayı mənzil sayına uyğunlaşdırılmazsa, paytaxtın məhəllədaxili yollarının çoxu tamamilə keçilməz olacaq. (Xəzər TV)


Mənbə: Modern.az

Bir cavab yazın