Ermənistanda nazir müavini azərbaycanlılarla görüşdü

0

Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində dəyirmi masa ətrafında Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəliblər.

Modern.az-ın məlumatına görə, görüşdə Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan da iştirak edib.

Müzakirələr zamanı 8 avqust 2025-ci il tarixində Vaşinqton sammitində müəyyən edilmiş sülh gündəliyindən irəli gələn məsələlər, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu geniş şəkildə müzakirə olunub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More