Kəmaləddin Heydərovun 3 müavini işdən çıxarıldı 

0

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

Modern.az xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. 

Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb. (Manset.az)


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More