Sakinlərin nəzərinə! – Bəzi ərazilərdə işıq olmayacaq

0

Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

“Fevralın 18-də Masallı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10 kV-luq “Masallı” yarımstansiyasından çıxan 10 kV-luq 1 və 3 saylı hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq, saat 12:00-dan 14:00-dək şəhərin Heydər Əliyev prospekti, Məhəmməd Füzuli, Elşad Hüseynov küçələri, həmçinin rayonun Ərkivan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunub.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More