Məktəblərimizdə kişi müəllimlərin sayı 20%-dən AZDI

0

Azərbaycanda təhsil və səhiyyə sahəsində qadınların payı yüksək olaraq qalır.

Modern.az xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin 8 Mart münasibətilə açıqladığı statistik göstəricilərində öz əksini tapıb.  

Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu qadınlar təşkil edir. Ali təhsil müəssisələrində müəllimlərin 60 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində isə təxminən 80 faizi qadınlardır.

Səhiyyə sahəsində də oxşar vəziyyət müşahidə olunur. Belə ki, ölkədə fəaliyyət göstərən həkimlərin üçdə iki hissəsi qadınlardır.

Təhsilalanlar arasında da qızların payı yüksəkdir. Ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu, orta ixtisas təhsili müəssisələrində tələbələrin 60 faizdən çoxunu, ali məktəblərdə isə tələbələrin yarıdan çoxunu qızlar təşkil edir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More