İsrail də Azərbaycana dron hücumunu pislədi
İsrail XİN rəhbərinin müavini Şaren Haskel “X” sosial şəbəkəsinə İrandan Azərbaycana edilən dron hücumunu pisləyib.
Modern.az-ın məlumatına görə, Şaren Haskel qeyd edib ki, İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirməsini pisləyir.
“Naxçıvandakı hadisə İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsidir”, – o qeyd edib.
Şaren Haskelin sözlərinə görə, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır.
Qeyd edək ki, martın 5-də İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.
Mənbə: Modern.az
