Magistraturaya qəbul imtahanında 1 nəfər maksimum bal topladı

0

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib. İmtahanın qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 17-də olan olunub.

DİM-dən Modern.az-a bildirilib ki, hazırda xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.

İmtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More