Kənd məktəbindən iki bacı olimpiada finalçısı oldu – FOTO

0

Respublika Fənn Olimpiadasının (RFO) yarımfinal mərhələsində iştirak hüququ əldə edən Biləsuvar şagirdlərindən ikisi bacıdır.

Modern.az xəbər verir ki, onlar Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Fatimə Əlizadə və 11-ci sinif şagirdi Tahirə Əlizadədir.

Hər iki bacı Azərbaycan dili və ədəbiyyatı üzrə RFO-nun finalında iştirak edəcək.

Qeyd edək ki, sözügedən məktəb üzrə daha bir şagird – 11-ci sinif şagirdi Nərmin Əlizadə də final mərhələsində iştirak hüququ qazanıb.(“Azərbaycan müəllimi”)


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More